2026-cı il Dünya Çempionatının E qrupunda Kürasao tarixinin ən yaddaqalan nəticələrindən birinə imza atıb.
“BUTA.TV” xəbər verir ki, Karib hövzəsi təmsilçisi Ekvadorla 0:0 hesablı heç-heçə edərək mundial tarixində ilk xalını qazanıb.
Matçın əsas qəhrəmanı Kürasaonun qapıçısı Eloy Rom olub.
Kanzas-Sitidə keçirilən görüşdə Ekvadorun çoxsaylı hücumlarını dəf edən təcrübəli qolkiper düz 15 “seyv” edərək, komandasını məğlubiyyətdən xilas edib. Bununla da o, DÇ tarixində 90 dəqiqəlik oyunda ən çox “seyv” edən qapıçı adına sahib çıxıb.
Bu göstərici mundialın ümumi rekordundan cəmi bir “seyv” geri qalır. Rekord 2014-cü il DÇ-də Belçikaya qarşı 16 “seyv” edən ABŞ millisinin sabiq qapıçısı Tim Hovarda məxsusdur.
Təxminən 156 min əhalisi olan və DÇ-də iştirak edən ən kiçik ölkələrdən biri sayılan Kürasao məhz Romun möhtəşəm performansı sayəsində turnirdə ilk xalını əldə edib və növbəti mərhələ şansını qoruyub saxlayıb.
Oyundan sonra danışan Eloy Rom rekord göstəricidən xəbərsiz olduğunu bildirib.
“Matç zamanı bu barədə düşünmürdüm. Düzünü desəm, Tim Hovardın rekorduna çata bilmədiyim üçün bir az məyus oldum”, - o, zarafatla bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü