Bakının bu küçələri tam bağlanacaq

21:39 - 10 Avqust 2026 - GÜNDƏM

 Bakının bu küçələri tam bağlanacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib.

Məlumata görə, 14 İyul küçəsi (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsi (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsi (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan etibarən bağlanacaq.

Məhdudiyyətin təmir işləri başa çatanadək qüvvədə olacağı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol