Bütün DÇ-ləri görüb - 100 yaşlı fanat viral oldu - FOTO

07:00 - 23 İyun 2026 - İDMAN

 Bütün DÇ-ləri görüb - 100 yaşlı fanat viral oldu - FOTO

Argentina millisinin kapitanı Lionel Messi Dünya Çempionatında növbəti rekordlarına doğru irəlilədiyi vaxt tribunadakı bir azarkeş də milyonların diqqətini cəlb edib.

BUTA.TV” xəbər verir ki, Argentina – Avstriya oyunu zamanı əlində “100 yaşım var. Messi fanatıyam” yazılmış plakat tutan yaşlı qadın qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

Söhbət sosial mediada “Nənə Smit” (“Grandma Droniak”) kimi tanınan 100 yaşlı Polin Kanadan gedir. O, artıq uzun müddətdir ki, “TikTok” və instaqramda fenomen kimi tanınır. Polinin “TikTok”da 24 milyondan, instaqramda isə 4 milyondan çox izləyicisi var.

Argentina millisinin formasını geyinən və Messiyə həsr olunmuş plakat qaldıran Polin Kananın görüntüləri televiziya yayımı zamanı ekrana düşdükdən sonra internetdə sürətlə yayılıb. Azarkeşlər onun görüntülərini paylaşaraq yüz yaşlı qadını DÇ-nin ən sevilən simalarından biri adlandırıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Messi hekayəsi davam edir... - Video-Yenilənib

Bu, Polinin Messiyə sevgisini nümayiş etdirdiyi ilk hadisə deyil. O, daha əvvəl də argentinalı ulduza həsr olunmuş paylaşımlar edərək, hətta zarafatla ona evlilik təklifi edib. Fenomen nənə dəfələrlə ən böyük arzusunun Lionel Messi ilə şəxsən görüşmək olduğunu bildirib.

2026-cı il Dünya Çempionatı isə bu arzunu yenidən gündəmə gətirib. Argentina millisinin oyununda tribunadan yayımlanan cəmi bir neçə saniyəlik görüntü 100 yaşlı Messi fanatını turnirin ən yaddaqalan azarkeşlərindən birinə çevirib.





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol