Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri təsdiqləyib.
Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydaları əlavə edilib.
Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə yeni maddə də əlavə olunub. Həmin maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Dövlət başçısının imzaladığı Fərmanla Nazirlər Kabineti iki ay müddətində “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnaməni, altı ay müddətində isə hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını müəyyən edərək Azərbaycan Prezidentinə məlumat verməlidir.
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?
- Xamenei ordunun başına onu gətirdi
- Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır