Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, qurumun apardığı yoxlamaların nəticəsində paytaxtın Azadlıq prospekti 231 ünvanında yerləşən “By Fateh” restoranının fəaliyyəti dayandırılıb. Restoranın qapısı möhürlənib.
Qeyd edək ki, adıçəkilən restoran tanınmış meyxanaçı Aqşin Fatehə məxsusdur.
Xatırladaq ki, daha əvvəl də sözügedən restoranın fəaliyyəti bir neçə dəfə dayandırılıb.
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab
- Azərbaycanın xarici ticarət dövriyyəsi nə qədərdir?
- Xamenei ordunun başına onu gətirdi
- Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır