Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Xaçmazın da elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.
BUTA.TV xəbər verir ki, yenidənqurma işləri rayonun 20-dək kənd və qəsəbəsini əhatə edib.
Keymərəz kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənib, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilib, yeni Transformator Məntəqəsi (TM) quraşdırılıb. Həmçinin Gödəkli, Bayoba, Köhnə Xaçmaz və Niyazoba kəndlərində elektrik təsərrüfatı yenilənir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xaçmaz və Niyazoba kəndlərinə gələrək “Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma işləri ilə yerində tanış olub.
Şəhər ərazisində Sabit Rəhman küçəsində və ətraf ərazilərdə elektrik şəbəkəsi yenidən qurulur. Bu ilin sonunadək Şıxlar, Çaykənarı, Hacılar, Çaxmaqlı, Qaraçı, Əbilyataq, Nərəcan, Xanlıqoba, Xaspoladoba və Qarabağlı kəndlərinin də elektrik şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır.
“Azərişıq” ASC Xaçmazla yanaşı ölkənin bütün regionlarında, eləcə də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda əsaslı təmir, yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
- “Azərişıq” Xaçmaz kəndlərinin elektrik təsərrüfatını yeniləyir
- Kadir İnanır vəfat etdi
- Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
- Qafqazın ilk rəsmi “Apple Shop”u “Kontakt”da fəaliyyətə başladı – APPLE EKOSİSTEMİ BİR MƏKANDA
- Bir gündə 122 motoxuliqan saxlanıldı - Video
- Zakir Həsənov MN-in yeni obyektlərini yoxladı
- İsmayıllıda su kanalında batan gəncin meyiti tapıldı - Yenilənib+Video
- İsmayıllıda 23 yaşlı kişi su kanalında batdı