Son 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
Xidmət rəisi bildirib ki, xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir:
"Statistik göstəricilərə nəzər salsaq, 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib. Qeyd olunan statistika məni heç də sevindirmir. Xüsusi olaraq qeyd etmək istərdim ki, korrupsiyada bir tərəf iştirak etmir, vətəndaşlarımızın da bu prosesdə məsuliyyəti var".
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”
- 500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub - General
- Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video
- Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
- Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video