İyunun 30-da Azərbaycan Dillər Universitetində 2025-2026-cı tədris ilinin yekunu olaraq “Məzun günü” keçirilib.
Kult.az xəbər verir ki, “Məzun günü”ndə ictimaiyyət nümayəndələri, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Rektor çıxışında bildirib ki, universitet illəri yalnız peşə biliklərinin qazanıldığı mərhələ deyil, həm də şəxsiyyətin formalaşdığı, dostluqların yarandığı və həyatın ən yaddaqalan xatirələrinin toplandığı bir dövrdür. O, məzunlara daim öyrənməyi, yeniliklərə açıq olmağı və əldə etdikləri bilikləri cəmiyyətin inkişafı naminə uğurla tətbiq etməyi tövsiyə edib.
Rektor çıxışında məzunlara səslənərək onları Azərbaycan dövlətinə və xalqına sadiq, məsuliyyətli, vətənpərvər və peşəkar gənclər kimi fəaliyyət göstərməyə çağırıb, hər birinə gələcək həyatlarında yeni uğurlar arzulayıb.
Tədbir çərçivəsində universitetin ictimai, elmi və mədəni həyatında fəallığı ilə seçilən tələbələrə təşəkkürnamə və fəxri diplomlar təqdim olunub.
Məzunlar üçün hazırlanan bədii proqramda musiqi nömrələri, rəqs çıxışları nümayiş olunub.
Sonda məzunlar ənənəyə uyğun olaraq akademik papaqlarını havaya ataraq tələbəlik illərinə vida edib, xatirə şəkilləri çəkdiriblər.
Tədbir xoş ovqat və unudulmaz anlarla yadda qalıb.
- Sərhədimizini pоzduqlarına görə 21 nəfər saxlanıldı
- Zamin Zəkinin cəzası azaldıldı
- BakıKart artıq ABB mobile-da!
- Sabiq məmurun cinayət işi məhkəməyə göndərildi - Foto
- Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı
- Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
- Ursula Fon der Lyayen Azərbaycandadır - Fotolar
- Sumqayıtda mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsətlər...