Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Uğur" yaşayış kompleksində qeydə alınıb.
Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş "Audi" markalı minik avtomobilinin arxa yük hissəsi, "Nissan" və "Ford" markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də "Ford" markalı yük avtomobilinin ön bamperi yanıb.
Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.
- Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
- Bakının 4 rayonunda su olmayacaq
- “Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb” - Video
- İtkin düşmüş şəxslərlə bağlı rəqəmsal platforma istifadəyə verildi
- Nail Kəmərli Speys TV yeni veriliş aparacaq
- "Arzum 9999" məhkəmə zalında həbs olundu
- DSX-də ard-arda ölümlər - Nə baş verir?
- Göldən meyiti tapılan həkim şəhid qızı imiş - Foto