Xətaidə 2 İyul – Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirildi

16:18 - 2 İyul 2026 - GÜNDƏM

 Xətaidə 2 İyul – Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirildi

Xətai rayonunda "2 İyul - Azərbaycan Polisi Günü" qeyd olunub. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov, rayon prokuroru Sərdar İmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin rəisi Fuad Hacıyev, Xətai rayon Məhkəməsinin sədri Vahid Sadıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin rəisi Nicat Həsənov iştirak ediblər.

BUTA.TV xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları Ulu Öndərin adını daşıyan parka gələrək abidəsini ziyarət ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Azərbaycan polisinin dövlətçiliyin qorunması, ictimai asayişin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətdən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan polisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə üzərinə düşən vəzifələri yüksək peşəkarlıq və məsuliyyətlə yerinə yetirir.

Bu xəbər hal-hazırda çox oxunur
"Arzum 9999" məhkəmə zalında həbs olundu

Tədbirdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb, onların peşə fəaliyyətində qazandıqları uğurlar yüksək qiymətləndirilib.

Sonda bayram münasibətilə polis əməkdaşları təbrik olunub, onlara xidmətlərində yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol