Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri

16:30 - 2 İyul 2026 - GÜNDƏM

 Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri

İslam dininin yeganə və tək mənbəyi Qurandır. Quranda isə hansısa ayda, hansısa gündə toy etmək, ailə həyatı qurmaq barədə heç bir qadağa yoxdur. Bu, insanların şəxsi qərarlarıdır.

Bu sözləri BUTA.TV-a açıqlamasında ilahiyyatçı Elşad Miri Məhərrəmliklə bağlı toyların təxirə salınması haqda danışarkən deyib.

Onun sözlərinə görə, bir ailənin, bir nəslin həyatında baş verən hansısa yas və ya mənfi iz buraxan bir tarix varsa, təqvim mövcuddursa, insanlar bunu öz qərarlarıyla müəyyənləşdirirlər:

“Nə ramazan ayında, nə may ayında, nə yanvar, nə də məhərrəm ayında bu cür qadağa var. Bəzi insanların hansısa gündə və ya ayda toy edib-etməməsinə sayğıyla yanaşmaq lazımdır. Amma bunu din adına demək doğru yanaşma deyil.

Bu xəbər hal-hazırda çox oxunur
"Arzum 9999" məhkəmə zalında həbs olundu

Qərb bölgəsində hər zaman Məhərrəmlikdə toy edilməsi, cənub bölgəsində edilməməsi ənənədir. Bunun dinə heç bir aidiyyəti yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol