Xəbər verdiyimiz kimi, bu gün tiktoker İlduzə Hacıyevaya (Arzum) hökm oxunub. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib.
“BUTA.TV”nun məlumatına görə, hökmdən sonra Arzumun atası Elmar Hacıyev məhkəmə binası önündə aqressiv fikirlər səsləndirib. O, hətta qəzada həlak olan və xəsarət alan şəxslərin yaxınlarını təhqir etməkdən belə çəkinməyib.
Tiktokerin atasının zərərçəkmiş tərəfə qarğış dolu sözləri sosial şəbəkələrdə qınaq doğurub. Bu məqamda onun daha əvvəl də sosial şəbəkə üzərindən zərərçəkmiş şəxslərin ünvanına nalayiq fikirlər səsləndirdiyi xatırladılıb. Bundan əlavə, Arzumun digər yaxınları da qəzada ölən şəxs haqda “narkoman idi”, “həbs edilmişdi” kimi sözlər işlədiblər.
Bu məsələlər isə hazırkı məhkəməyə aid olmadığı üçün gələcəkdə böhtan kimi qiymətləndirilə bilər.
“BUTA.TV”nu yeni instaqram səhifəsində izləyin!
Məlumat üçün deyək ki, ictimai yerdə kimisə təhqir etmək və ya böhtan atmaq cinayət hesab olunur. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinən şəxs 1 ilə kimi həbs edilə bilər.
Həmin videonu təqdim edirik:
- Xameneinin dəfnində Azərbaycandan kimlər iştirak edəcək?
- Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
- Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-a xəbərdarlıq...
- Ruslan Abdullayev vəzifəsindən azad edildi - Foto
- Bu gənc xanım spikerə köməkçi təyin edildi - Foto
- Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
- Başqasının yerinə imtahana daxil olmağa cəhd etdi... - DİM
- Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video