İyulun 7-də Bərdə və Füzuli rayonlarının bəzi kənd və qəsəbələrində təbii qazın verilişi dayandırılacaq.
Bu barədə BUTA.TV-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar və Hacılar kəndlərinin, saat 14:00-dan işlər yekunlaşanadək Füzuli rayonunun Horadiz qəsəbəsində 15 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
- Vilayət Eyvazovdan mühüm qərar...
- Xankəndi Bəyannaməsi qəbul edildi
- Hadı Rəcəblinin oğluna 350 minlik iş tapşırıldı
- Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi
- Ötən ay metrodan 18 milyondan çox sərnişin istifadə etdi