Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...

10:18 - 4 İyul 2026 - GÜNDƏM

 Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi "Toyota" markalı avtomobilə digər nəqliyyat vasitəsi çırpılıb.

Qəza zamanı taksidə olan sərnişinlər – İran vətəndaşları Məryəm Afşari, Ayda Musa, Şakila Şafari və 2017-ci il təvəllüdlü Afza Abdullah Zadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə çatdırılaraq hospitalizasiya ediliblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alanlardan üçü Azərbaycan Tibb Universitetinin tələbəsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol