Argentina millisinin kapitanı Lionel Messi FIFA Dünya çempionatları tarixinə qaçırdığı penaltilərlə də düşüb.
“BUTA.TV”nun məlumatına görə, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən görüşdə penaltidən yararlana bilməyib.
Bununla da Messinin dünya çempionatlarında yerinə yetirdiyi 8 penaltnin 4-ü uğursuz olub.
Belə ki, ulduz futbolçu ilk dəfə 2018-ci il dünya çempionatında İslandiya ilə oyunda penaltini qaçırıb.
2022-ci il mundialında isə Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa ilə görüşlərdə penalti zərbələrini dəqiq yerinə yetirib. Həmin turnirdə Polşa ilə qarşılaşmada penaltidən yararlana bilməyib.
2026-cı il dünya çempionatında Avstriya və Misirlə matçlarda da penalti zərbələrini qola çevirə bilməyən argentinalı futbolçu mundiallar tarixində ən çox penalti qaçıran oyunçu olub.
- Biri sevincdən, digəri kədərdən... - Fotolar
- Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli qətl
- Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Video
- Həmişə rekord qırırdı, indi əksi oldu - Video
- Messi “davam” dedi... - Yenilənib+Video
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi