Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.
Bu barədə BUTA.TV-a MDM-dən bildirilib. Məlumata görə, MDM-in Müşahidə Şurasının 14.07.2026-cı il tarixli qərarı ilə Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nağı Nağıyev 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib.
Nağı Nağıyev əmək fəaliyyətini 2023-cü ilin avqustundan etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında davam etdirib. O, 2023-cü ilin avqustundan 2024-cü ilin iyun ayınadək Mərkəzi Bankın Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto
- Ukraynada yeni Baş nazir o oldu
- Bakıda güclü külək nə vaxta qədər əsəcək?
- Kütləvi zəhərlənmə olan restoran bu vəzifəli şəxsin imiş
- Sabiq başçının bacısı oğluna vəzifə verildi
- Yas mərasimlərində ardıcıl zəhərlənmə: Səbəb...
- Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq