Balakən rayonunun icra başçısı Natiq Ağayevin seldən zərər görmüş əraziləri “işçi geyim”də gəzməsi sosial şəbəkələrdə təqdir edilib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkə istifadəçiləri hətta zarafatla “Belə də icra başçısı olar?” deyə, başçının “qalstuksuz görünməsinə” diqqət çəkiblər.
Qeyd edək ki, Balakən şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən mənbələr seldən ciddi zərər görüb, su boruları zədələnib. Hazırda təmir işləri görülür.
İH-in ötən gün yaydığı məlumatda icra başçısının “rayon hüquq-mühafizə orqanlarının rəhbərləri ilə” su mənbələrini gəzdiyi, təmirlə tanış olduğu “fəsadların tez bir zamanda aradan qaldırılması, əhalinin içməli su ilə təminatının həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verdiyi” bildirilib.
- DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası oldu
- İki dövlət qurumunun əməkdaşları hərbi təlimlərə cəlb olunacaq
- m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
- Reklamlarda gender stereotipləri: Qadınla müqayisə aparmaq...
- Zirədə Xəzər suları niyə qəhvəyi rəngə boyanıb? - Video
- Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?
- Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır
- Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi