Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır

14:48 - 16 İyul 2026 - GÜNDƏM

 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır

Qubada 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın ölümü ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 14-də Səbinə Əmrahova ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilib, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özü və bətnindəki döl ölüb.

Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol