Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır

15:18 - 16 İyul 2026 - GÜNDƏM

 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır

Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.

BUTA.TV bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol