Mayda çökən körpünün yerində yenisi tikildi - Video

22:51 - 27 İyul 2026 - GÜNDƏM

 Mayda çökən körpünün yerində yenisi tikildi - Video

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində inşa olunan yeni avtomobil körpüsünün tikintisi başa çatıb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Qeyd olunub ki, layihə çərçivəsində istismar müddətini başa vurmuş köhnə körpü sökülərək onun yerində müasir standartlara cavab verən yeni biraşırımlı körpü tikilib. Körpü müasir mühəndislik tələblərinə uyğun layihələndirilərək inşa edilib.

Tikinti işləri zamanı körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma yolları abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki hissələri və digər zəruri yol infrastrukturu elementləri quraşdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika

Yeni avtomobil körpüsü artıq nəqliyyat vasitələrinin istifadəsinə verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol