ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən danışıqlar təxminən saat yarım davam edib.
“BUTA.TV” TASS-a istinadən xəbər verir ki, yəhudi dövlətinin hökumət başçısı yerli vaxtla saat 12:22-də (Bakı vaxtı ilə 20:22) Ağ Evi tərk edib.
Ağ Evin mətbuat xidmətinin verdiyi məlumata görə, danışıqlar yerli vaxtla 11:03-də (Bakı vaxtı ilə 19:03) başlayıb.
Qeyd edək ki, bununla bağlı Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Trampın həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşləri pozitiv və məhsuldar keçib.
Xatırladaq ki, bundan öncə ABŞ liderinin Ağ Evdə V. Zelenski ilə 1 saatlıq görüşü baş tutmuşdu.
- Bu gün Bakının bu ərazilərində işıq olmayacaq
- Sürücülərin diqqətinə: Yeni avtomobil körpüləri inşa olunacaq
- Oğlundan Rauf Arifoğluna təsirli yubiley hədiyyəsi - Foto
- 1 saat Zelenski, saat yarım Netanyahu...
- Mərdəkanda iki nəfər dənizdə batdı, biri xilas edildi
- 1 qəpiyə satılan yumurta indi 38 qəpik oldu?
- “Sabah” növbəti mərhələdə - Video-Yenilənib
- Milli Qvardiyanın yaradıcısı vəfat etdi