Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar

06:10 - 29 İyul 2026 - DÜNYA

 Bu dəfə kameranın önünə yox, arxasına keçdi - Prezident fotoqraf oldu - Fotolar

Macarıstan Qran-Prisində yüzlərlə fotoqrafın arasında diqqət çəkən bir şəxs sosial mediada gündəmə gəlib. Yarışı obyektiv arxasından izləyən fotoqrafın Çexiya Prezidenti Petr Pavel olduğu üzə çıxıb.

BUTA.TV” xəbər verir ki, 64 yaşlı Pavel Macarıstan Qran-Prisi həftəsonunda rəsmi fotoqraf akkreditasiyası ilə əvvəlcə seçmə mərhələlərini, daha sonra isə əsas yarışı trasın kənarından izləyib.

Onun təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə fotoaparatla hərəkət etməsi sosial mediada maraq doğurub.

Pavel yarış zamanı çexiyalı fotoqraf Jiri Kreneklə birlikdə çalışıb. O, paddokda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayemlə söhbət edərkən də kameralara tuş gəlib.

Petr Pavelin trasın kənarında foto çəkdiyi görüntülər “Formula 1”in rəsmi sosial media hesabında da paylaşılıb.

Qeyd edək ki, Pavelin fotoqrafiyaya marağı yeni deyil. Çexiya Prezidenti bundan əvvəl “Le Mans 24 Saat”, “MotoGP”, NASCAR və “Dakar Rallisi” kimi müxtəlif avtoidman yarışlarında da fotolar çəkib.

Onun çəkdiyi fotolar Praqadakı Milli Texniki Muzeydə nümayiş etdirilib. Hazırladığı fotoalbomlardan biri isə xeyriyyə hərracında təxminən 50 min dollara satılıb.

Xatırladaq ki, Petr Pavel 2023-cü ilin martında Çexiya Prezidenti seçilib. Lakin siyasətə keçməzdən əvvəl uzun illər hərbi xidmətdə olub.

O, 2012-2015-ci illərdə Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, 2015-2018-ci illərdə isə NATO Hərbi Komitəsinin sədri vəzifəsini tutub.

 







 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol