Dağıstanın Baş naziri Maqomet Ramazanov Rusiya-Azərbaycan sərhədində yerləşən “Tahirkənd-Qazmalar” və “Yaraq-Qazmalar” buraxılış məntəqələrində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.
“BUTA.TV” Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirə görülən işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsindən gündəlik orta hesabla 230 yük maşını keçir.
İşlər başa çatdıqdan sonra buraxılış qabiliyyətinin 2360 nəqliyyat vasitəsinə, o cümlədən 1100 yük avtomobilinə çatdırılacağı gözlənilir. Hərəkət zolaqlarının sayı 8-dən 20-yə qədər artırılacaq ki, bu da sərhəd infrastrukturunun işinin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltməyə və dövlət sərhədindən keçmə müddətini azaltmağa imkan verəcək.
Obyektdə aparılan yenidənqurma işlərinin 2028-ci ilin IV rübündə tamamlanması planlaşdırılıb.
“Yaraq-Qazmalar” buraxılış məntəqəsində isə yük nəqliyyatının yoxlanılmasının standart müddətini 10 dəqiqəyə qədər azaltmaq üçün rəqəmsal baxış sistemlərini tətbiq edilir. Bu işlərin 2026-cı ildə başa çatdırılacağı gözlənilir.
Buraxılış məntəqələrinin modernləşdirilməsinin Rusiya və Azərbaycan arasında yük və sərnişin axınının həcmini artırmağa, dövlət sərhədinin keçilmə sürətini yüksəltməyə imkan verəcəyi bildirilir.


- Bu maye qazdoldurma məntəqəsi yenidən bağlandı - Video
- Ağdamın yeni nəslinin nəfəsi - Video
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam
- 135 saylı marşrutun avtobusları dəyişdirilir: Gediş haqqı...
- Nigara görə həkimlərə bu cəza verildi
- Xankəndi–Şuşa yolunda ağır qəza: ölən var