“11 aylıq tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq”

14:23 - 4 Avqust 2026 - GÜNDƏM

 “11 aylıq tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq”

“Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq”.

BUTA.TV” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, avqustun 15-dən Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq: “Proses 10-11 ay davam edəcək. “Nizami” - “28 May” stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar isə ödənişli olacaq”.

B.Məmmədov hələ ki gedişhaqqı qiymətlərinin müəyyənləşdirilmədiyini bildirib.

O həmçinin qeyd edib ki, noyabr ayından etibarən “İçərişəhər” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə olacaq. Bunun üçün “İçərişəhər” stansiyasında gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb edilib və qatarların stansiyanı daha operativ tərk etməsi təmin olunacaq. “Dərnəgül” - “Nizami” istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək.

Gülnar Əliyeva


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol