“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir.
BUTA.TV xəbər verir ki, şirkətin həyata keçirdiyi “Dost Əllər” layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliyi olan gənclər üçün xüsusi masterklass təşkil olunub.
Masterklass Xonça Fabrikinin baş texnoloqu Elnur Zeynalovun rəhbərliyi ilə baş tutub. Tədbir zamanı autizmli gənc Həmzə cupcake-lər hazırlayıb, digər iştirakçılar isə onları böyük həvəslə bəzəyərək prosesdə fəal iştirak ediblər.
Layihənin əsas məqsədi neyromüxtəlifliyi olan gənclərin sosial inteqrasiyasına dəstək vermək, onların yeni bacarıqlar əldə etmələri üçün imkan yaratmaq, yaradıcılıq potensialını təşviq etmək və faydalı, öyrədici mühitdə xoş təcrübələr qazanmalarına töhfə verməkdir.
“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə, inklüziv təşəbbüslərin genişlənməsinə və cəmiyyət üçün davamlı dəyər yaratmağa davam edir.
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır
- Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
- Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto
- Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün seçimlər...
- "Azercell"dən illik “ZengimCELL” xidməti
- Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”