Abşeronda özünü mənzil alan müştəri kimi təqdim edərək evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
- Bakı metrosunda 10 yeni stansiya - Sərnişinləri nələr gözləyir?
- Sinq hind kəşfiyyatının hədəfində: Qanlı sui-qəsd planı...
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar
- Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl oğurladı
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır