Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 8-də Prezident İlham Əliyevə zəng edib.
Fikrimcə, bu zəng son 40 ilə yaxın müddətdə ilk dəfə dövlətlərarası münasibətlərdə atılmış siyasi addımdır.
Bu, İrəvanın dövlət aparatından Bakıya birbaşa açılan canlı bağlantıdır.
Bu, sülhün zəngidir, iki ölkə arasında münasibətlərdə tarixi dönüşüm səs-sədasıdır.
“Sevgilisinin maaşı 160 minə qaldırılıb, vəzifəsi yüksəldilib” - Şok iddia
Paşinyan zəng etməklə ilk növbədə öz xalqını və Azərbaycan xalqını sülh münasibətilə təbrik etdi.
O, Ermənistanın revanşist qüvvələrinin ötən əsrin sonlarında başlatdığı düşmənçilik siyasətinin sona çatmasını və iki xalq arasında yaxın qonşuluq əlaqələrinin qurulması istəyini diqqətə çatdırır.
2018-ci ildə hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı aqressiv mövqe tutan və müharibə çağırışları ilə tanınan Ermənistanın Baş nazirinin Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra 180 dərəcə dəyişməsi, İlham Əliyevin uzatdığı sülh əlini möhkəm sıxması həqiqətən də onun Ermənistan tarixində böyük iradə sahibi və xalqının gələcəyi üçün çox böyük addım atan lider olmasını göstərir.
Paşinyan Ermənistanı xəta balalardan qurtardı, qarşısı kəsilmiş regional inkişaf yoluna çıxartdı. Azərbaycanın son bir ildə ermənilərə açdığı humanitar qapının nə qədər əhəmiyyət daşıdığını xalqına anlatdı.
Bu baxımdan onun zəngi erməni və Azərbaycan xalqları arasında uzun illər ərzində mövcud olmuş kin və nifrəti yaxın qonşuluğa çevirmək niyyəti, çağırışı da hesab edirəm.
Çünki iki xalq normal qonşuluq etməlidir, düşmənçiliyin sonu yoxdur.
Ona görə də, bu zəngin gələcək əməkdaşlığın, yaxın qonşuluğun xoş sədası adlandırıram.
Biz dövlət olaraq onlara Azərbaycan vətəndaşlığını qəbul edərək qalmağı təklif etsək də, onlar istəmədilər.
Biz Qərbi azərbaycanlılar isə müraciət edirik ki, Ermənistan vətəndaşlığını qəbul edərək öz yurdumuza qayıdaq, Ermənistanın ictimai-siyasi həyatına öz töhfələrimiz verək.
Yaşayaq yaradaq...
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev

- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio