Türkiyənin xarici diplomatik nümayəndəliklərində genişmiqyaslı dəyişikliklər edilib.
“BUTA.TV” Türkiyə mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Hakan Fidan bir sıra səfir və daimi nümayəndələrə yeni vəzifələrini təqdim edib.
Təyinatlar çərçivəsində Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgen İslandiyanın paytaxtı Reykyavikdə fəaliyyət göstərəcək. Bununla da Bilgen Türkiyənin İslandiyadakı ilk səfiri olacaq. Türkiyənin Reykyavikdə ilk səfirliyinin açılması da yeni diplomatik dəyişikliklərin diqqətçəkən məqamlarından biridir.
Ukraynadakı səfir vəzifəsinə isə Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazqan təyin edilib.
Türkiyənin Niderland Krallığındakı səfiri isə dəyişib. Bu vəzifəyə BMT-nin Cenevrə Ofisi yanında Türkiyənin daimi nümayəndəsi Burak Akçapar gətirilib.
Ayşe Sözen Usluer Türkiyənin BMT-nin Cenevrə Ofisi yanında daimi nümayəndəsi təyin olunub. O, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul nümayəndəsi vəzifəsində çalışıb.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video