Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi

10:40 - 9 Avqust 2026 - GÜNDƏM

 Toya minlərlə adam axın etdi - “Rolls-Royce”dan düşən başqası idi

Portuqaliyanın Madeyra adasında maraqlı hadisə yaşanıb.

BUTA.TV” “The Sun” nəşrinə istinadən xəbər verir ki, 2 mindən çox Kriştiano Ronaldo fanatı Fünşal şəhərindəki kilsənin qarşısına toplaşıb.

Onlar məşhur futbolçu ilə sevgilisi Corcina Rodrigezin həmin kilsədə toyu keçiriləcəyini güman ediblər.

Lakin fanatların gözləntisi baş tutmayıb. Toy Portuqaliya vətəndaşları Fabio Ramos və Fatima Nicole Cunha Teixeira üçün keçirilib.

Maraqlıdır ki, gəlin kilsəyə “Rolls-Royce” markalı lüks avtomobillə gələn vaxt izdiham daha da artıb. Fanatlar onu Corcina zənn edərək gəlinin ətrafına toplaşıblar.

Kilsəsinin keşişi Ronaldo və Corcinanın burada toy üçün heç bir rezervasiya etmədiyini bildirib.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol