Görkəmli şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.
“BUTA.TV” xəbər verir ki, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edib.
“İndicə eşitdiyim acı xəbərdən kədərləndim. Görkəmli şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin! Oğlanlarına, yaxınlarına, bütün poeziyasevərlərə dərin hüznlə başsağlığımı bildirirəm. Ədəbiyyatımız və mədəniyyətimiz üçün ağır itkidir. Allah rəhmət eləsin!”, - o qeyd edib.
Qeyd edək ki, Çingiz Əli oğlu Əliyev 29 iyun 1944-cü ildə Füzuli şəhərində doğulub. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1991-ci ildə Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
Ədəbi yaradıcılığa 1967-ci ildə “Gənc qələmlər” toplusunda yayımlanan “Xatirələr” şeiri ilə başlayıb. Şeirlər, hekayələr, publisistik yazılar və bədii tərcümələr müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub.
Uzun illər “Gənclik” nəşriyyatında və Azərbaycan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb, həmçinin Mətbuat və İnformasiya Nazirliyində nəşriyyatlar idarəsinin rəisi olub. Müxtəlif beynəlxalq ədəbi tədbirlərdə Azərbaycanı təmsil edib.
Çingiz Əlioğlu Beynəlxalq “Kalevala” Cəmiyyətinin üzvü olub.
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!