Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi

18:24 - 10 Avqust 2026 - GÜNDƏM

 Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi

Bu ilin iyul ayı ərzində Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 29 həkim və 12 tibb bacısı barədə müvafiq maddələrə əsasən protokollar tərtib edilib.

BUTA.TV Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, ötən ay özəl tibb müəssisələrində ümumilikdə 39 yoxlama aparılıb. Həmin yoxlamalardan 32-si hüquqi şəxsə, 7-si isə fiziki şəxsə məxsus obyektlərdə keçirilib.

Yoxlamalar zamanı müxtəlif sahələr üzrə nöqsanlar aşkarlanıb. Aşkar olunmuş pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Bununla yanaşı, keçən ay aparılmış yoxlamalar nəticəsində 13 stomatoloq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.

Həmçinin aparılmış yoxlamalar zamanı plastik cərrahiyyə ilə bağlı 2 ümumi-cərrah barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol