Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video

11:36 - 12 Avqust 2026 - HADİSƏ

 Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video

Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyeva əminəvəsi imişlər.

BUTA.TV” xəbər verir ki, X.Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə açıqlamasında oğlu ilə evdən çıxan gün danışdığını bildirib.

“Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatlıqdır, anam oradadır, yanına gedirəm. Üstündən bir gün keçdi, ona zəng çatmadı.

Eşitdim ki, uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Dünən xəbər çatdı ki, meyitlərini tapıblar...”, - mərhumun atası bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
“Sabah” pley-offda! - Video-Yenilənib

Qeyd edək ki, meyitlər Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra onların ölüm səbəbləri məlum olacaq. 

Xatırladaq ki, 6 gün əvvəl evdən çıxmış gənclərin meyitləri ötən gün Lənkəranın “İbadi” deyilən meşəlik ərazisində tapılmışdı.

Daha ətraflı videomaterialda:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol