Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?

16:00 - 14 Avqust 2026 - CƏMİYYƏT

 Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?

SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb.

BUTA.TV” xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb.

BUTA.TV” olaraq məsələni dəqiqləşdirmək üçün SOCAR-a sorğu ünvanlasaq da, cavab ala bilmədik. Lakin qurumun saytında vitse-prezidentlərlə bağlı bölmədə onun haqqında məlumat hələ də qalmaqdadır.

Bu xəbər hal-hazırda çox oxunur
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi

Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol