Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası) və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası) rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar.
Bu barədə BUTA.TV-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Bu müayinə Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında e-növbəlillik qaydasında həyata keçirilir.
Mərkəz ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu avadanlıqlardan istifadə olunmaqla ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən çağırışçıların qanın ümumi və biokimyəvi analizi, oftalmoloji, audiometriya, bera testi, spirometriya, ultrasəs müayinələri, elektroensefaloqrafiya, exokardioqrafiya, elektromioqrafiya, rentgen, qastroskopiya, stomatoloji müayinələri həyata keçirilir.
- Bakıda bu 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Dövlət Agentliyi sahibkarlara müraciət etdi
- Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
- Ermənistana 420 ton buğda göndərildi
- Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?
- Tramp Ankarada sui-qəsddən necə xilas olub?
- "Yalama" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq