Türkiyədə ağır cinayətlərdə iştirakı ilə bağlı barəsində həbs qərarı çıxarılan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə aparılıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluğun koordinasiyası, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan polisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Araşdırmalar zamanı Ö.A.K.-nın müəssisələrə silahlı hücumlar təşkil etmək və iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan “yeni nəsil cinayətkar təşkilat”ın üzvləri ilə əlaqəli olduğu müəyyən edilib.
Məlumata görə, Ö.A.K. barəsində qəsdən adam öldürmə, narkotik maddələrin alınması, qəbul edilməsi, saxlanması və istifadəsi, habelə lisenziyasız odlu silah və sursatın alınması və ya daşınması ittihamları üzrə həbs qərarı çıxarılıb.
Keçirilən birgə əməliyyat nəticəsində onun Bakı şəhərində olduğu müəyyənləşdirilib və o, Azərbaycan Polisi tərəfindən saxlanılaraq Türkiyəyə aparılması təmin edilib.
Türkiyə tərəfi əməliyyatın keçirilməsində Azərbaycan polisi və digər aidiyyəti qurumlara əməkdaşlığa görə təşəkkür edib.
- XİN İndoneziyaya başsağlığı verdi
- Əncir dərmək istədi, ağacdan yıxılıb öldü
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Video
- Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanılıb ölkəsinə qaytarıldı
- Bakıda əməliyyat: saxlanılan var - Video
- “Neft sata bilmirik, fabriklərimiz dağılıb”
- Müdafiə nazirinin ən gənc müavini 40 yaşını qeyd edir
- Sabah çimərliklərdə hava necə olacaq?