Xəbər verdiyimiz kimi, avqustun 16-na keçən gecə Ucar rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV”nun məlumatına görə, Bakı-Qazax magistralının rayonun Ramal kəndindən keçən hissəsində baş vermiş qəzada ölənlər Mingəçevir şəhər sakinləri olub.
Belə ki, “Ford Transit” markalı kiçiktutumlu yük maşınında hərəkət edən Elnur Mirzəyev və Aqil Əhmədov kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olublar. Onlar məhsulları Mingəçevirə apararkən avtomobil “Kamaz” markalı yük maşınına çırpılıb. Nəticədə, hər iki şəxs həlak olub.


- Yanvar-iyul aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Abşeronda karxanada faciə
- “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?
- Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi
- Fuad Nağıyev Nigar Cəbrayılovu özünə müşavir təyin etdi
- Qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlandı
- İlham Əliyev fərman imzaladı
- Prezident bu DSX hərbçilərini təltif etdi - Adlar