Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.
Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Sabah hava necə olacaq?
- Təltif olunanlar arasında həmin mayorla əsgər də var - Foto
- Abşeronda iməclik keçirilib - Foto
- Yük maşını dirəyə çırpıldı, sürücü xilas edildi - Video
- Yanvar-iyul aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Abşeronda karxanada faciə
- “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?
- Bəxtiyar Həsənov Rusiyadan deportasiya edildi