“General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

12:45 - 17 Avqust 2026 - GÜNDƏM

 “General-leytenant” ali hərbi rütbəsi verilən zabitlər kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 general-mayoruna “general-leytenant” ali hərbi rütbəsi verilib.

BUTA.TV”nun məlumatına görə, general-leytenant olan zabitlərdən 1987-ci il təvəllüdlü Babək Mürsəl oğlu Ələkbərov 2023-cü ildən Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O həm də Vətən Müharibəsi Qəhrəmanıdır.

“General-leytenant” ali hərbi rütbəsi verilən Aqşin Ramiz oğlu Məhərrəmov isə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələrinin Komandanıdır.

General-leytenant olan Faiq Həmzəağa oğlu Məmmədova gəlincə, o, bu ilin aprelində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri təyin edilib. Daha əvvəl DSX-də Baş idarə rəisi, DSX Akademiyasının rəis əvəzi kimi önəmli vəzifələrdə də çalışıb.

Qeyd edək ki, dövlət başçısının Sərəncamı ilə DSX-nin polkovniki Elfan Şakir oğlu Quliyevə də ali hərbi rütbə verilib. O, bu gündən “general-mayor” ali hərbi rütbəsini daşıyacaq.

Fotoda Babək Ələkbərov

Fotoda Aqşin Məhərrəmov

Fotoda Faiq Məmmədov


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol