Yük maşını dirəyə çırpıldı, sürücü xilas edildi - Video

13:09 - 17 Avqust 2026 - GÜNDƏM

 Yük maşını dirəyə çırpıldı, sürücü xilas edildi - Video

Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilbi ki, nazirliyin "112" qaynar telefon xəttinə Yevlax rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı yük avtomobilinin idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Aqil Müzəffər oğlu Tağıyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol