Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
- Bakıda güclü külək nə vaxta kimi davam edəcək?
- Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
- ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma
- Naxçıvanda elektrik şəbəkəsi yenidən qurulur - Video
- Prokurorluq azadlığa çıxan sədrin hökmündən protest verəcək
- 4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu
- Qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi
- İsmayıllıda qəzada 2 nəfər həlak oldu - Biri körpədir - Yenilənib