Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ötən gündən bəri sosial şəbəkədə gündəm yaradan uşaq xəstəxanasındakı fotolarla bağlı açıqlama verib.
TƏBİB-dən “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.
“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir”, - açıqlamada deyilir.
Xatırladaq ki, ötən gün jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər paylaşmışdı.
Mədinə Useynova


- İsrail HƏMAS komandirini məhv etdi
- Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
- ABŞ-la dialoqa hazırıq, amma... - Ryabkov
- İsmayıllıda toyda 31 nəfər zəhərləndi - Yenilənib
- FTX generalının Moskvada meyiti tapıldı
- Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Foto
- ABŞ-da təyyarə qəzası: 8 ölü
- Paşinyan Moskvadakı səfiri geri çağırır – Səbəb