Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Fotolar - Yenilənib

12:18 - 21 Avqust 2026 - İDMAN

 Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - Fotolar - Yenilənib

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

BUTA.TV” “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub: “Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib”.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol