Azərbaycan diasporunun liderlərindən biri Rusiyanın Perm vilayətində saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Ural Maş” Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, saxlanılan Ruslan Məmmədov adlı şəxsdir. Onun Rusiyada meyvə-tərəvəz ticarəti ilə məşğul olduğu bildirilir.
Qeyd olunub ki, Ruslan Məmmədov 2018-ci ildə deportasiya olunmuşdu, lakin sonradan adını dəyişərək yenidən Rusiyaya qayıdıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Kanal yazır ki, Məmmədov Perm sakininə qarşı cinayət işini dayandırmaq üçün təhlükəsizlik işçilərinə pul təklif edib. Rüşvətxorluğa kömək etdiyinə görə cinayət işi açılıb.
Ruslan Məmmədov hazırda həbsdədir.
- Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi
- Məktəbli formaları ilə bağlı valideynlərə - Çağırış
- Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı
- Türkiyə Netanyahu haqqında qırmızı bülleten tələb etdi
- Seyran Hüseynova general-mayor rütbəsi verildi
- İsrail bizə imkan vermək istəmir - Şeybani
- Azərbaycanlıların olduğu gəmi vuruldu - Video
- Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”