Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı

15:37 - 21 Avqust 2026 - GÜNDƏM

 Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı

Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda maraqlı hadisə baş verib.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, Yusif Səfərov küçəsində ucadan söyüş söyərək vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polisin diqqətini çəkib. Həmin gəncə sakitliyə riayət etməsi bildirilsə də, o, xuliqanlıq hərəkətlərinə davam edib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb.

Nəticədə, həmin şəxs saxlanılıb və barəsində Xətai RPİ-nin 37-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Məlum olub ki, saxlanılan şəxs 2008-ci il təvəllüdlü M.Məmmədovdur (şərti).

Onun barəsindəki protokol rayon məhkəməsinə göndərilib.

18 yaşlı gənc ifadəsində qəbul imtahanlarında iştirak etdiyini və sənədlərini təqdim etməyə hazırlaşdığını bildirib: “Universitetə sənədlərimi təqdim etmək üçün 1 günüm qalmışdı və 3*4 ölçüdə foto çəkdirməli idim. Bu məqsədlə Yusif Səfərov küçəsində fotostudiya axtarırdım. Lakin tapa bilmədim və məni oraya yönləndirən dostuma zəng etdim. Həmin vaxt uca səslə söyüş söymüşəm. Sənədləri təqdim etmək üçün 1 gün vaxtım var, xahiş edirəm məni bağışlayasınız”.

Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov 20 gün müddətinə inzibati həbs olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol