Paytaxtın 2 rayonunda yol bağlanır - Adlar

19:00 - 21 Avqust 2026 - GÜNDƏM

 Paytaxtın 2 rayonunda yol bağlanır - Adlar

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

BUTA.TV” xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Günəşli qəsəbəsinin Mürsəl Kazımlı küçəsi — avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol — avqustun 22-si saat 09:00-dan, Səbail rayonunun Əlibəyov qardaşları küçəsi — avqustun 22-si saat 09:00-dan müvəqqəti bağlanacaq.

“Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Tiktokda pul göndərmək mümkün olacaq

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol