Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...

10:11 - 22 Avqust 2026 - HADİSƏ

 Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...

Xəbər verdiyimiz kimi, Bakıda 23 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan vəfat edib.

BUTA.TV”nun “Bakupost”a istinadən məlumatına görə, Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrinin birində sonlandırılıb. Daha sonra qadın evə aparılıb. Bir müddət sonra onda güclü qanaxma baş verib və həyatını itirib.

Bildirilib ki, L.Quliyeva təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə çatdırılıb.

Qeyd edək ki, Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra o, abort etdirmək qərarına gəlib.

Bu xəbər hal-hazırda çox oxunur
Gəncədə boğularaq öldürülən qadının - Fotosu

Mərhum bir qız övladı anası olub.



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol