Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.
“BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, metronun “Koroğlu” stansiyasından “Elmlər Akademiyası” və “Nizami” stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar metronun “Nizami” stansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq. Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi “Koroğlu” stansiyası təyin ediləcək.
Bununla da M6 nömrəli ekspres marşrutu “Koroğlu”, “Gənclik”, “Nizami” və “Elmlər Akademiyası” stansiyalarını əlaqələndirəcək.
- İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak
- Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb”
- Rusiyanın ən iri neft emalı müəssisələrindən biri vuruldu
- Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır-Yenilənib
- Ən çətin mərhələni keçdik, amma... - SDQ-dən açıqlama
- Rusiya "Avrora"nın paylama mərkəzinə zərbə endirdi
- Bu ölkənin daxili işlərinə heç vaxt müdaxilə etmirik - Qalibaf
- Teymur Musayevlə Əhməd İsmayılov Nurani ilə vida mərasimində - Fotolar