İsrail öncədən Suriyanı xəbərdar edibmiş - Katz açıqladı

19:15 - 22 Avqust 2026 - GÜNDƏM

 İsrail öncədən Suriyanı xəbərdar edibmiş - Katz açıqladı

İsrail Müdafiə Ordusu (İDF) Türkiyənin Suriyadakı "Əbu-əl-Duhur" aerodromunda İsrailin təhlükəsizliyinə təhdid yarada biləcək addımlar ata biləcəyi barədə məlumatlar aldıqdan sonra həmin aerodroma zərbə endirməyi bir neçə dəfə tövsiyə edib.

BUTA.TV xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz bildirib.

"İsrailin Baş naziri Benyamin Netanyahu bununla bağlı hərbçilərlə bir neçə müşavirə keçirib. Daha sonra Netanyahu "Əbu Duhur"a zərbə endirməmək üçün Suriyaya birbaşa xəbərdarlıq edib. İsrailin xəbərdarlığı cavabsız qaldıqdan sonra Netanyahu zərbə endirməyə icazə verib və hücum uğurla həyata keçirilib.

Eyni zamanda, kəşfiyyat məlumatları ABŞ-ın müvafiq orqanlarına ötürülüb", - deyə Katz vurğulayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

Qeyd edək ki, avqustun 18-i İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol