Rusiyada yanacaq böhranı nə vaxt bitəcək? Putin cavab gözləyir

14:06 - 23 Avqust 2026 - SİYASƏT

 Rusiyada yanacaq böhranı nə vaxt bitəcək? Putin cavab gözləyir

Rusiyada yanacaq böhranının nə qədər davam edəcəyi ilə bağlı Prezident Vladimir Putinə hələ də dəqiq cavab verilməyib.

BUTA.TV xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə bilinən “Kremlyovskaya Tabakerka” Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Putin bütün proqnozların bir həftə ərzində ona təqdim olunacağını gözləyir:

“Putin baş nazirin müavini Aleksandr Novak və bir neçə digər məmura aydın bir sual verib: Rusiyada yanacaq böhranı nə vaxt bitəcək? O, heç bir aydın cavab almayıb. Hamı deyir ki, bu il mütləq bitməyəcək. Amma bu, kifayət deyil. Prezident bir həftə ərzində aydın proqnozlar gözləyir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol