Növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyim və həmin seçkilərin nə vaxt keçiriləcəyi barədə danışmaq hələ tezdir.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq, yenidən prezident seçilmək üçün qanuni hüquqa malikəm. Ola bilsin, gələn il bu suala daha konkret cavab verə biləcəm”, - Tokayev bildirib.
Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, prezident yeddi il müddətinə yalnız bir dəfə seçilə bilər. Bu il yeni Konstitusiyanın qəbulundan sonra Qazaxıstan Konstitusiya Məhkəməsi yenidən seçilmənin ilk prezidentlik müddəti hesab ediləcəyinə qərar verib. Bununla da hazırkı dövlət başçısının növbəti seçkidə iştirakına hüquqi imkan yaranıb.
Tokayevin hazırkı prezidentlik müddəti 2029-cu ildə başa çatır.
- Qazaxıstanda seçici fəallığı açıqlandı
- Rusiyada yanacaq böhranı nə vaxt bitəcək? Putin cavab gözləyir
- BƏƏ ərazisinin bir hissəsini İrana verməlidir - Deliqani
- Putinin uzunmüddətli hədəflərindən biri… - Zelenski
- Yenidən prezident seçilmək hüququm var - Tokayev
- Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir
- Prezident xanımı ilə Özbəkistandadır - Fotolar+Video
- Erməni ordusunda insident: Hərbçi öz yoldaşını güllələdi